standartlaşdırma üzrə normativ sənəd

Müəyyən növ fəaliyyətin, yaxud onun nəticələrinin ümumi olan icra və istifadə norma, qayda və xarakteristikalarını əks etdirən normativ hüquqi aktdır

standartlaşdırma
stasionar
OBASTAN VİKİ
Sənəd
Sənəd (lat. documentum ) – qeyd edilmiş və zaman, məkan üzrə təyin edilmiş informasiyaya malik material daşıyıcı. Başqa sözlə, sənəd – hər-hansı faktı və ya hüququ təsdiq edən işgüzar məlumatdır. Təyinatına görə sənədlər mətnli, qrafiki və təsviri, audovüzal olurlar: Mətnli sənədlər əlyazması, makina və kompüter, kitab, jurnal, blanklar və s. formada olurlar. Qrafiki və təsviri sənədlər şəkil, sxem, kardioqramalar, planlar və s. formada olurlar. Audovüzal sənədlər səs yazılışları, diopozotivlər, kinofilmlər formasında olurlar. Yaradıldığı zamana görə Hazırlanma üsuluna görə Hazırlanma məkanına görə Mövzuya görə Təqdimatına görə Yayımına görə İlkin məlumatların alınması üsullarından biri kimi sosioloji tədqiqatlarda sənədlərin təhlili metodu istifadə olunur. İnsanın xüsusi olaraq yaratdığı, məlumatların ötürülməsi və ya saxlanması üçün nəzərdə tutulmuş vasitə sənəd adlanır.
Standartlaşdırma
Standartlaşdırmanın elementləri o zaman meydana çıxmışdı ki, hələ bu barədə heç bir termin yox idi. Buna aşağıdakıları misal göstərmək olar: Misirdə fironlar piramidaların tikintisində 410x200x130 mm ölçüyə malik kərpiçlərdən istifadə etmələri, qədim Romada su çarxlarının katapultlarının (hərbi uçucu maşın) yaradılması zamanı mütənasib ədədlər metodunun tətbiqi, romalılar tərəfindən şəhərin su kəmərinin tikintisində müəyyən diametrlərə malik borulardan istifadə olunması, parçaların ölçülərinin keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi və s. insan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, standartlar ona toxunmasın. Standartlaşdırma həmişə insanlara yaşamaqda və işləməkdə kömək etmişdir. Standartlaşdırmanın metodik əsaslarının vacib prinsiplərindən biri olan "nisbi ölçülər prinsipi belə baş parmetrə əsaslanır ki, maşının istənilən hissəsinin bütün ölçüləri öz aralarında bir sıra amillərdən irəli gələn asıllıqlarla bağlıdır. Bu prinsiplər ilk dəfə 4200 il bundan əvvəl qədim Misirdə inşaat texnikasında katapultun hazırlanmasında tətbiq edilmişdir. Standartlaşdırmaya əsaslanmış qurulmanı qeyd edirlər. İstifadə edilən daşlar dəqiq ölçülərə malikdir və bunsuz mühəndis fəaliyyəti sahəsində tarixçilər adətən qədim Misirdə piramidaların düzgün həndəsi formasını, onların uzun müddət saxlanılmasını təmin etmək mümkün olmazdı. Vavilon qülləsinin hündürlüyü 90m-dir. Onun tikintisində 85 mln.
Normativ akt
Normativ akt– 1) Tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyası ilə,qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsləkər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş rəsmi sənəddir. Normativ hüquqi aktlar qeyri-müəyyən subyekt dairəsi üçün v Və dəfələrlə tətbiq olunması üçün nəzərdə tutulub. 2)hüquqi akt – hüquq mənbələri növlərindən biri. Normativ akt hüquq normalarının müəyyənləşdirilməsi, dəyişdirilməsi, ləğv edilməsi məqsədilə dövlət orqanı tərəfindən verilir. Hüquqi aktlar kateqoriyasına normativ hüquqi aktlarla yanaşı normativ xarakterli hüquqi aktlar və qeyri-normativ hüquqi aktlar da daxildir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı İnformasiya Texnologiyaları, 2009, 201 s.
Normativ etika
Normativ etika — fəlsəfi intizam, mövcud əxlaq normalarını, əxlaqi təlimləri öyrənən etika bölməsidir. Nəzəri etikanın bir hissəsi - normalar elmidir. Normativ etikaya iki baxımdan baxıla bilər: idrak və qeyri-idrak. Eyni zamanda, qeyri-idrakçı bir mövqe baxımından normativ etika əxlaqi şüurun bir elementi kimi qiymətləndirilir və təsvir etikası əxlaq haqqında bilik olaraq buna qarşı çıxır. Koqnitiv baxımdan normativ etika əxlaqdan fərqlənmir və beləliklə, öz araşdırma obyekti olduğundan nizam və əxlaq haqqında biliklər qarışıqdır. Bəzi müasir idrak alimləri norma etikasının elmi nəzəriyyə kimi qəbul edilməməsi lazım olduğunu iddia edirlər, çünki onun mövzusu ciddi şəkildə ümumiləşdirilməyib sistemləşdirilə bilməz. Hər hansı bir rasionalistik əxlaq normativ etikanın, o cümlədən tətbiq olunan etikanın və konkret mənəvi təlimlərin sahələrindən biri sayıla bilər. Erkən ellinizm dövründə meydana gələn və qədim dünyanın sonuna qədər təsirini qoruyan bir fəlsəfi məktəb. Məktəb adını Stoa Poykile (yun. στοά ποικίλη, hərfən «boyalı portiko»), adından almışdır, burada stoaçılığın banisi olan Zenon Kitiyski əvvəlcə müstəqil müəllim kimi fəaliyyət göstərmişdir.
Normativ yoxlama
Normativ yoxlama (ing. Authority control) — kitabxana elmində kataloq və biblioqrafik məlumatların yeganə və bənzərsiz bir ad verilərək keçirilməsi prosesi. Bu unikal başlıqlar ardıcıl olaraq kataloqda istifadə olunur və digər təşkilati məlumatlarla, məsələn arayışlar ilə işləyir. Hər bir başlıqda tətbiqetmənin və istifadənin hədləri haqqında qısa bir məlumat var, bu təşkilat kitabxana işçilərinə kataloqu yeniləməyə kömək edir və tədqiqatçıların işini asanlaşdırır. Kataloqatçılar, hər bir obyekti (müəllif, kitab, seriya, naşir) özünəməxsus bir mətn identifikatoru təyin edirlər, bu giriş, təxəllüs və ya kriptonimin bir variantı olsa belə, bu varlığa aid bütün istinadları bənzərsiz təsvir etmək üçün istifadə olunur. Unikal bir başlıq, əlaqəli qurumlar haqqında məlumat daxil olmaqla, bütün müvafiq məlumatları əldə etməyə imkan verir. Normativ yoxlama bir verilənlər bazasında yerləşə bilər və digər qurumlarla və digər məlumat bazaları ilə əlaqələri ehtiva edə bilər. Buna görə normativ nəzarət bir növ biblioqrafik nəzarət və normativ lüğətdir. Nəzəri cəhətdən hər hansı bir məlumat normativ yoxlamaya məruz qalsa da (şərti adlar, şəxsi adlar, firma adları), kitabxanalardakı kataloqlar ümumiyyətlə müəlliflərin və kitabların adları ətrafında cəmlənir. Konqres təsnifatı kitabxanası oxşar bir funksiyanı yerinə yetirir, baxmayaraq ki, ümumiyyətlə ayrıca nəzərdən keçirilir.
Elektron sənəd
Elektron sənəd — informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd. Hər hansı bir faylı elektron sənəd adlandırmaq üçün bu fayl e-imza ilə kodlaşdırılmalıdır. Elektron sənəddə dəyişiklik etməyə icazə verilmir. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Elektron sənəd dövriyyəsi — informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya proseslərini nəzərdə tutur. Elektron sənəd dövriyyəsində istifadə olunan proqramlar, texniki vasitələr və texnologiyalar isə elektron sənəd dövriyyəsi vasitələri hesab olunur.
Sənəd dövriyyəsi
Sənəd dövriyyəsi — hər hansı fakt və hadisənin başlanğıcından onun yekunlaşdığı dövrədək tərtib edilmiş sənədlərə sənəd dövriyyəsi deyilir. Sənədlərin daxil olduğu və tərtib edildiyi vaxtdan onun icrasının yekunlaşdırılması və göndərilməsi dövründəki hərəkətinə sənəd dövriyyəsi deyilir. Kargüzarlıq xidməti üzrə bütün əməliyyatların dəqiq və təsirliliyi müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin düzgün təşkilindən asılıdır. Sənəd dövriyyəsinin təşkili sənədlərin tərkibi, müxtəlif sənəd növlərinin nisbəti, onların daxil olma tezliyi kimi kəmiyyət parametrləri ilə xarakterizə olunur. Müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin təşkili həmçinin sənədlərin hərəkəti, işlənilməsinin ardıcıllığı və dəqiqliyindən yəni onların tərtib olunma yerindən icra yerinə ən qısa yolla çatdırılması və icrasından, sənəd üzərində əməliyyatın bir dəfəyə aparılması yəni, sənədin aid olmayan idarəetmə mənbələrinə göndərilməsi, qaytarılması üzrə vaxt məhdudiyyətinin düzgünlüyündən, mexanikləşdirmə və avtomatlaşdırma vasitələrindən maksimum istifadə edilməsindən həlledici dərəcədə asılıdır.
Xartiya (sənəd)
Xartiya (yunanca, chartes — kağız, fərman) — orta əsrlərdə, eləcə də indiki zəmanəmizdə kütləvi-hüquqi xarakterli sənədlərə verilən ümumi addır. Xartiyalara misal olaraq Şəhərin Xartiyası, Kommunal Xartiyalar, 1838-ci il Xalq Xartiyası, Konstitusiya Xartiyaları və s. göstərmək olar.
Normativ aktların sistemləşdirilməsi
Normativ aktların sistemləşdirilməsi — hüquq normalarının sadələşdirilməsinə və təkmilləşdirilməsinə yönəlmiş fəaliyyət. Müasir hüquqşünaslığa əsasən sistemləşdirmənin üç növündən (metodundan) istifadə edir: təsis: rəsmi; qeyri-rəsmi; konsolidasiya; kodlaşdırma: universal; sənaye; sənaye daxili; kompleks / sahələrarası. Həmçinin tənzimləyici aktların uçotu sistemləşdirmə yanaşmalarından bəhs olunur. Dövlət orqanları, müəssisələr, təşkilatlar və təşkilatlar tərəfindən saxlanılması məqsədi ilə müəyyən bir sxem üzrə işlənmə və tənzimləmə üçün mövcud qaydaların toplanması. Ən ümumi jurnal mühasibat və avtomatlaşdırılmış mühasibatdır. Əlavə Сенин И. Н. Основы юридической техники. Directmedia. 2017. ISBN 978-5-4475-9034-5. Владимир Исаков, Владимир Толстик, Владимир Баранов, Владимир Карташов, Юрий Тихомиров.
Normativ hüquqi akt
Normativ-hüquqi akt — səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş, göstərişləri ümumi məcburi xarakter daşıyan, hüquq normalarını müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəddir. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 21 dekabr 2010-cu il tarixində qəbul edilən Normativ-hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu 1.0.1-ci maddəsində Normativ-hüquqi akt anlayışı aşağıdakı şəkildə göstərilir: Normativ-hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Normativ-hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ-hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ-hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.
Normativ-hüquqi akt

Elektron kitab (sənəd)
Elektron kitab — hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. == Elektron kitab == Elektron kitab sözü bir çox mənada istifadə olunur. Elektron kitab (sənəd), elektron kitab (qurğu). Elektron formasında yazılmış kitaba elektron kitab deyilir. Elektron kitab hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda, məs: Microsoft Word kimi mətn redaktorlarında yaradılan DOC formatında, hipermətn dili (HTML – Hiper Text Markup Language, hipermətnə nişan qoyma dili) – vasitəsilə yaradılan mətn formatında və ya (ZIP, RAR, ARY) – sıxılmış (arxivləşdirilmiş) formatda yayımlanmış kitab mətnlərindən ibarətdir. Həmin mətnlər HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formatlaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. Bir neçə il əvvəl mətn blokunun formatları olan hipermətn HTML və ya PDF (Portable Document Format, sənədlərin keçirilə bilən formatı) formatları elektron nəşrlərə multimedia komponentlərinin daxil edilməsi imkanına malik olan yeganə formatlar idi.
Azərbaycan Standartlaşdırma İnstitutu
"Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxs (AZSTAND) — İnstitut standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirir. == Haqqında == Azərbaycan Respublikasi Prezidentinin "Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 1234 saylı 10 fevral 2017-ci il tarixli Fərmanı ilə yaradılmışdır. Fərmana əsasən İnstituta standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirmək səlahiyyəti verilib. "İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli, 5 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilmiş və "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsi həmin Sərəncamla yeni yaradılan, mərkəzi icra hakimiyyəti statusuna malik Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin idarəçiliyinə verilib. "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və həmin Fərmanla "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsi Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə verilib. == Standartlaşdırma üzrə Texniki Komitələr == Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən maraqlı tərəflərin iştirakı ilə bir çox elmi-tədqiqat institutlarının, dövlət və qeyri-dövlət təşkilatlarının bazasında standartlaşdırma üzrə Texniki komitələr təsis edilib: "İnformasiya-kommunikasiya texnologiyaları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 05), "Turizm və əlaqədar xidmətlər" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 06), "Uyğunluğun qiymətləndirilməsi" üzrə Texniki Komitə (AZSTAND/TK 08), "Ekologiya" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 09), "Tikinti materialları, məmulatları və konstruksiyaları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 10), "Neft, qaz və onlarla əlaqəli məhsul və materiallar"ın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 20), "Əmək sahəsində" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 21), "Üzümçülük və şərabçılıq məhsulları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 22), "Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 23), "Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 24), "Meyvəçilik, suptropik bitkilər və çayçılıq məhsulları"nın standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 25), "Tərəvəz toxum-əkin materialları, yetişdirilmiş məhsulların istehsalı, emalı, saxlanması, daşınması" standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 26), "Toxum və əkin materialları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 27), "Naftalan nefti və ondan alınan məhsullar" üzrə Texniki Komitə (AZSTAND/TK 29), "Taxıl və taxıl məhsulları"nın standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK30), "Ekoloji təmiz kənd təsərrüfatı məhsulları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 31), "Torpaqşünaslıq, aqroekologiya və aqrokimya sahələri" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 32), "Qida məhsullarının keyfiyyəti və texnologiyası" standartlaşdırma üzrə Texniki Komitə AZSTAND/TK 33, "Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 34), "Neft-mədən avadanlıqları" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 35). == Beynəlxalq əlaqələr == Azərbaycan Standartlaşdırma İnstitutu Azərbaycan Respublikasını Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Avropa Standartlaşdırma Komitəsi (CEN), MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası (МГС), Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) kimi standartlaşdırma üzrə beynəlxalq təşkilatlarda təmsil edir. Azərbaycan Standartlaşdırma İnstitutu fəaliyyət göstərdiyi müddət ərzində Türkiyə, Almaniya, Serbiya, Ukrayna, İsrail, Qazaxıstan və digər ölkəllərin milli standartlaşdırma qurumları ilə ikitərəfli əməkdaşlıq münasibətlərinin yaradılmasına nail olub. == Regional bölmələr == Sumqayıt regional bölməsi, Gəncə regional bölməsi, Yevlax regional bölməsi, Şəki regional bölməsi, Lənkəran regional bölməsi, Salyan regional bölməsi.
Beynəlxalq standartlaşdırma təşkilatı
Beynəlxalq standartlaşdırma təşkilatı - ISO (ing. International Organization for Standardization) — beynəlxalq təşkilat olub elektrik, elektronika və telekomunikasiya istisna olunmaqla bütün sahələr üzrə standartların hazırlanması ilə məşğuldur. ISO dövlətlərarası sahədə standartları təmin etmək məqsədilə 23 fevral 1947-ci ildə təsis olunmuşdur. Elektrik və elektronika üçün "Beynəlxalq elektrotexniki kommisiya - IEC", telekommunikasiya üzrə isə "Beynəlxalq rabitə birliyi - ITU" cavabdehdir. Bu üç təşkilat birlikdə "Dünya standart koperasiyasını -WSC (World Standards Cooperation) təşkil edirlər. ISO təşkilatına 157 ölkə üzv olmuşdur. İSO-nun rəsmi dili fransız və ingilis dilləridir. Eyni zamanda bu təşkilat standartların tərcümələrinə də məsuliyyət daşıyır. == Tarixi haqqında == XX əsrin əvvəlində maşıntəmiri tərtibatların geniş tətbiqi, hissələrin böyük sayda hazırlanmasını sürətləndirməyi və qarşılıqlı əvəzolunmanın tətbiqini tələb edirdi. Qarşılıqlı əvəzolunma, ölçmə üsulları və oturtma sistemlərinin yaradılması ilə XX əsrin əvvəlində maşıntəmiri yeni mərhələyə qədəm qoyur.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilib. 1906-cı ildə Bakı şəhərində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25№-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqaz ölkələri içərisində ilk dəfə olaraq Bakıda ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur. — 1926-cı ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşüb. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görülməsi üçün yeni-yeni ideyalar yaranmışdır. — 1931-ci ildə ölçmə və çəki vasitələrinin yoxlanması palatası Standartlaşdırma üzrə Büro şəklində təşkil olunmuş, əlavə səlahiyyətlər verilmiş, yeni laboratoriyalar yaranmışdır. — 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış standartlaşdırma üzrə Komitəsinə respublika əhəmiyyətli standartlara və ölçmə vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Kirovabad rayonu (hazırkı Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil idi. — Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılırdı.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (Azərbaycan)

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
== Haqqında == 20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilib. == Tarixi == 1906-cı ildə Bakı şəhərində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25№-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqaz ölkələri içərisində ilk dəfə olaraq Bakıda ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur. — 1926-cı ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşüb. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görülməsi üçün yeni-yeni ideyalar yaranmışdır. — 1931-ci ildə ölçmə və çəki vasitələrinin yoxlanması palatası Standartlaşdırma üzrə Büro şəklində təşkil olunmuş, əlavə səlahiyyətlər verilmiş, yeni laboratoriyalar yaranmışdır. — 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış standartlaşdırma üzrə Komitəsinə respublika əhəmiyyətli standartlara və ölçmə vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Kirovabad rayonu (hazırkı Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil idi. — Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılırdı.
Sənəd-yönlü verilənlər bazası
Sənəd-yönlü verilənlər bazası (ing. document-oriented database) — əsasən sənədləri bir vahid olaraq saxlamaq üçün nəzərdə tutulmuş NoSQL tipli verilənlər bazasıdır. Ənənəvi relasional verilənlər bazalarından fərqli olaraq, sənəd-yönlü bazalar məlumatları cədvəl və sətirlər şəklində deyil, sənədlər şəklində saxlayır. Bu sənədlər adətən JSON, BSON, XML və ya digər formatlarda olur. == Əsas xüsusiyyətləri == Elastik məlumat strukturu Məlumatlar sabit bir sxemaya bağlı olmadan saxlanılır, bu da sxema dəyişikliklərini sadələşdirir. Yüksək performans Böyük həcmdə məlumatların tez bir zamanda sorğulanması və işlənməsi mümkündür. Paylanmış memarlıq Verilənlər bazası müxtəlif serverlər üzərində paylanmış şəkildə işləyə bilər, bu da onun şkalabilməsini təmin edir. Asan inteqrasiya Xüsusilə müasir veb tətbiqləri ilə asan inteqrasiya olur, çünki JSON kimi formatlar geniş istifadə olunur. Sənəd anbarında olan sənədlər obyektin proqram təminatı anlayışına təxminən bərabərdir. Onlardan standart tərtibata riayət etmək tələb olunmur və onların hamısı eyni bölmələrə, yuvalara, hissələrə və ya açarlara malik olmayacaq.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
== Haqqında == 20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilib. == Tarixi == 1906-cı ildə Bakı şəhərində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25№-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqaz ölkələri içərisində ilk dəfə olaraq Bakıda ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur. — 1926-cı ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşüb. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görülməsi üçün yeni-yeni ideyalar yaranmışdır. — 1931-ci ildə ölçmə və çəki vasitələrinin yoxlanması palatası Standartlaşdırma üzrə Büro şəklində təşkil olunmuş, əlavə səlahiyyətlər verilmiş, yeni laboratoriyalar yaranmışdır. — 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış standartlaşdırma üzrə Komitəsinə respublika əhəmiyyətli standartlara və ölçmə vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Kirovabad rayonu (hazırkı Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil idi. — Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılırdı.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrlərinin siyahısı
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrləri — 18 oktyabr 1991-ci ildən sonra ölkədə müstəqillik elan edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Akkumulyasiya üzrə bioindikasiya
Bioindikasiya — biotanın bu və ya digər yaşayanlarının təbii proseslərə aktiv surətdə (eksperimental) təsir etməyərək onlara müşahidə edilməklə mühitin vəziyyətinin keyfiyyətinin qiymətləndirilməsindən ibarətdir. Buraya bioindikatorlar kimi müxtəlif səviyyədə təşkil olunmuş biosistemləri misal göstərmək olar. Mühitin keyfiyyətinin qiymətləndirilməsi bioindikator əlamətlərinə görə yerinə yetirilir. Bu müşahidə edilən biosistemlərin elə xarakteristikaları üzrə aparılır ki, onlar daha tam və dəqiq surətdə onların salamatlığını əks etdirsin. Monitorinq tədqiqatlarının əsasını eksperiment deyil, müşahidə təşkil etdiyindən, bioloji monitorinqin əsas metodologiyasını bioindikasiya təşkil edir. Buna baxmayaraq, həmçinin çöl və laboratoriya şəraitində biotestdən keçirilmənin bəzi metodlarından da, mühitin keyfiyyətinin qiymətləndirilməsi və onun antropogen dəyişikliklərin aşkar edilməsindən ötrü istifadə edilir. == Bioindikator nümunələri == Effektiv toplayıcı bioindikator nümunələri kimi su xərçəngəbənzər xitin zirehləri və həşaratların sürfələri, molyusklar və onların çanaqları (sonuncular uzun müddət qala bilirlər və molyuskların məhvindən sonra belə indikasiya kimi istifadə edilə bilər), mamır, bəzi quş və məməli heyvanların orqanlarını (beyin, böyrəklər, dalaq, qara ciyər və s.) göstərmək olar. == Akkumilyasiya indikasiyası haqqında ümumi məlumat == Belə ki, qeydedici və toplanan və ya akkumulyasiya bioindikatorları fərqləndirilir. Yuxarıda nəzərdən keçirilən qeydedici bioindikasiya göstəriciləri biotaya mühit amillərinin ümumi təsir səviyyəsi barəsində mühakimə yürütməyə imkan verir. Akkumulyasiya üzrə bioindikasiya amillərin (kimyəvi) özlərini keyfiyyətcə qiymətləndirməyə imkan verir, bunun üçün orqanizmlərin toxumlarında, müəyyən orqanlarda və bədənin hissələrində çirkləndirici maddələrin toplanması xüsusiyyətindən istifadə edilir.
Kompüter üzrə mühəndis
== İxtisas haqqında anlayış == Müasir dövrdə həyatımızın hər bir sahəsində kompüterlərdən geniş istifadə olunur və, təbii ki, kompüter üzrə ən müxtəlif ixtisaslara böyük tələbat var. Belə ixtisaslardan biri də kompüter üzrə mühəndislikdir. Kompüter üzrə mühəndis əsasən müxtəlif kompüter sistemlərinin qurulması, kompüter və onun sistemlərinin təmiri ilə məşğul olur, eləcə də həmin sistemlərin həmişə işlək vəziyyətdə olmasını təmin edir. O, bir ofis daxilində istifadə olunan kiçik şəbəkələrdən tutmuş minlərlə kompüter və müxtəlif sistemləri birləşdirən mürəkkəb şəbəkələr qurur. Lazım gəldikdə, kompüter mühəndisi müxtəlif sistemlərlə işləyən kompüterləri eyni şəbəkəyə birləşdirir, kompüter sistemlərinin keyfiyyətlə çalışmasını təmin edir. Eyni zamanda kompüter üzrə mühəndis İnternetə çıxışı təmin etməklə, işçilərin dünyada baş verən ən son proseslərdən operativ şəkildə xəbərdar olması üçün imkan yaradır. == İxtisas üçün lazım olan xüsusiyyətlər == Kompüter mühəndisi həm bütövlükdə kompüterin, həm də onun ayrı-ayrı hissələrinin iş mexanizmini dərk etmək üçün fizika və riyaziyyatı, xüsusilə də fizikanın elektrik və maqnit, riyaziyyatın isə riyazi məntiq bölmələrini dərindən mənimsəməlidir. Kompüter mühəndisinin qarşısına çıxa biləcək problemlərin mənbəyini çox zaman ilk baxışdan dəqiq bilmək olmur, çünki həmin problemlər bir neçə səbəbdən yarana bilər. Kompüter mühəndisi üzləşdiyi problemin məhz hansı səbəbdən (və ya səbəblərdən) yarandığını aydınlaşdırmaq üçün mümkün mənbələri yoxlayıb aradan qaldırmalıdır (bu prosesə problemin lokalizasiyası deyilir). Bu işdə, ixtisasını gözəl bilməklə yanaşı, məntiqi mühakimə yürüdə bilmək qabiliyyəti, mühəndis intuisiyası, səbirli, soyuqqanlı olmaq kompüter mühəndisinə çox kömək edə bilər.
Səhm üzrə mənfəət
Səhm üzrə mənfəət (ing. Earnings per share, EPS) — şirkətin bölüşdürülə bilən xalis mənfəətinin adi səhmlərin orta illik sayına nisbətinə bərabər olan maliyyə göstəricisi. Səhm üzrə mənfəət fond bazarında fəaliyyət göstərən şirkətlərin investisiya cəlbediciliyini və səmərəliliyini müqayisə etmək üçün istifadə olunan əsas göstəricilərdən biridir. Səhm üzrə mənfəət düsturla müəyyən edilir: E P S = I N − D P S A {\displaystyle EPS={\frac {I_{N}-D_{P}}{S_{A}}}} , burada I N {\displaystyle I_{N}} — hesabat dövrünün xalis mənfəətidir, D P {\displaystyle D_{P}} — imtiyazlı səhmlər üzrə dividendlər, S A {\displaystyle S_{A}} — hesabat dövrü ərzində dövriyyədə olan adi səhmlərin orta çəkili sayıdır. S A {\displaystyle S_{A}} hesablanarkən hesabat dövründə adi səhmlərin sayında baş vermiş bütün dəyişikliklər nəzərə alınır. Hesablanmış EPS dəyəri sıfırdan azdırsa, səhm üzrə itki haqqında danışmaq mənasızdır. Faktiki dövriyyədə olan səhmlərin sayı nəzərə alınmaqla hesablanan səhm üzrə əsas mənfəət (ing. forward EPS) adlanır. Həmçinin, səhmlərin sayında mümkün dəyişiklikləri və digər qiymətli kağızların adi səhmlərə çevrilməsi (məsələn, opsionların həyata keçirilməsi, istiqrazların konvertasiyası, yeni səhmlərlə imtiyazlı dividendlərin ödənilməsi). IAS 33 standartına əsasən, hesabat dövrü üçün səhm üzrə mənfəətin hesablanması üçün ümumi düstur belədir: Səhm üzrə əsas mənfəət = Adi səhmdarlara aid edilən dövr üzrə mənfəət (zərər) / Hesabat dövründə dövriyyədə olan adi səhmlərin orta çəkili sayı adi səhm kapital aləti olduqda və adi səhmlərin sahiblərinə aid edilən dövr üçün mənfəət (zərər) gəlir vergisi, nəzarət hüququ olmayan səhmdarların səhmləri, imtiyazlı səhmlər üzrə dividendlər, adi səhmlərin orta çəkili sayı çıxılmaqla konsolidasiya edilmiş mənfəətdir.
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsi
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Bakı Dövlət Universitetində müstəqil İnformasiya və sənəd menecmenti fakültəsinin formalaşmasına gedən yol Azərbaycanda 1947/1948-ci tədris ilində təşəkkül tapmış ali kitabxanaçılıq təhsilinin yaranmasından başlayır. Həmin tədris ilində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Kitabxanaçılıq şöbəsi yaradılmışdır. Şöbənin ilk ixtisas müəllimləri xalq yazıçısı Süleyman Rəhimov, Əliheydər Qəhrəmanov, Hüseyn Tağıyev və Məryəmxanım Səmədova olmuşlar. 1958/1959-cu tədris ilində şöbə Şərqşünaslıq fakültəsinin tərkibinə daxil edilmişdir. 1962-ci ilin avqust ayında BDU-da müstəqil Kitabxanaçılıq fakültəsinin təşkil olunması haqqında qərar qəbul olunmuşdur. 2004-cü ildə BDU-nun Elmi Şurasında fakültənin adı dəyişdirilərək Kitabxanaçılıq-informasiya fakültəsi adlandırılır. 18 yanvar 2023-cü il tarixində Bakı Dövlət Universitetinin Elmi Şurasının iclasında BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin adının dəyişdirilməsi müzakirəyə çıxarılıb və qərar qəbul olunub; fakültənin adı dəyişdirilərək "İnformasiya və sənəd menecmenti" adlandırılıb. Fakültədə 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) tədris aparılır. Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində bu fakültə həmişə xüsusi yeri və mövqeyi ilə seçilmişdir.